Gürcüstanda təbii qazın tarifinin yenidən baxılmasına başlanılıb

Gürcüstanda təbii qazın tarifinin yenidən baxılmasına başlanılıb
# 10 mart 2017 20:56 (UTC +04:00)

Gürcüstanın Enerji üzrə Milli Komissiyası "SOCAR Georgia QAS" və "KazTransQas" və digər qazpaylayıcı şirkətlərin mövcud təbii qaz tarifinin yenidən baxılmasına başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə komissiyanın nümayəndəsi Qoça Şoniya məlumat verib. Onun sözlərinə görə, ilk mərhələdə yalnız "SOCAR Georgia QAS" tarifin baxılması üçün sənədlər təqdim edib və sonra digər qazpaylayıcı şirkətlər də komissiyanın işinə qatılıb.

"Bizə müvafiq sənədlər təqdim edilib. Komissiya üzvləri hazırda sənədləri nəzərdən keçirir. Müsbət rəy verildiyi halda biz təbii qazın tarifinə yenidən baxılmasına başlayacaq və iyulun 28-də qərar verəcəyik”, deyə Q. Şoniya bildirib. Komissiya nümayəndəsi əhali üçün qazın qiymətinə ətraflı baxılacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR