Yəməndə hava zərbələri nəticəsində 16 dinc sakin ölüb

Yəməndə hava zərbələri nəticəsində 16 dinc sakin ölüb
# 10 mart 2017 21:18 (UTC +04:00)

Yəməndə hava zərbələri nəticəsində azı 16 dinc sakin ölüb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyasının endirdiyi hava zərbələri nəticəsində Hodeyda şəhərində 16 nəfər ölüb, daha 10 dinc sakin yaralanıb.

Hava zərbəsinin bazara endirildiyi və bir çox dükanın yandığı qeyd olunur.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR