Seulda toqquşmalar nəticəsində ölənlərin sayı artıb

Seulda toqquşmalar nəticəsində ölənlərin sayı artıb
# 11 mart 2017 01:48 (UTC +04:00)

Cənubi Koreyanın paytaxtı Seulda sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilirdi.

Məlumata əsasən, 74 yaşlı kişi bu gün xəstəxanada vəfat edib. Pensiyaçı ötən gün Seulun mərkəzində polislə toqquşma zamanı huşunu itirərək yerə yıxılmışdı.

Toqquşmalara səbəb Konstitusiya Məhkəməsinin hakimiyyətdən kənarlaşdırılan prezident Pak Kın He ilə bağlı yekun qərarı olub. Pak Kın He Cənubi Koreya tarixində impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılan ilk prezident olub. 60 gün ərzində ölkədə yeni prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR