Madrid “Real”ının prezidentinə içərisində şübhəli toz olan paket göndərilib

Madrid “Real”ının prezidentinə  içərisində şübhəli toz olan paket göndərilib
# 11 mart 2017 02:14 (UTC +04:00)

Madridin “Real” futbol klubunun prezidenti Florentino Peresə içərisində şübhəli ağ toz olan paket göndərilib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, “Santyaqo Bernabeu” stadionuna göndərilən bağlama Florentino Peresə ünvanlanıb.

Hadisə yerinə gələn mütəxəssislər tozun zərərsiz olduğunu müəyyən edib. Paketin ekspertizaya göndərildiyi bildirilir.

Bəzi İspaniya KİV-lərinin məlumatına görə, şübhəli paket “Santyaqo Bernabeu” stadionuna İtaliyadan göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR