Sietldə hakim Trampın miqrasiya fərmanını dərhal dayandırmaqdan imtina edib

Sietldə hakim Trampın miqrasiya fərmanını dərhal dayandırmaqdan imtina edib
# 11 mart 2017 04:21 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın ilk immiqrasiya fərmanını ləğv edən Sietl federal məhkəməsinin hakimi yeni fərmanın icrasını dərhal dayandırmaqdan imtina edib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hakim iddianın baxılmasına vaxt tələb olunduğunu bildirib.

Bundan əvvəl bir sıra ştatların prokurorları məhkəməni martın 16-da qüvvəyə minəcəyi nəzərdə tutulan fərmanı ləğv etməyə çağırıb.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR