Azərbaycanda təbii qazla təmin olunmuş abonentlərin sayı 2 027 995-ə çatıb

Azərbaycanda təbii qazla təmin olunmuş abonentlərin sayı 2 027 995-ə çatıb
# 11 mart 2017 09:11 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 8 951 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bunun da 3 610-u Bakı, Abşeron və Sumqayıt, 5 341-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunana abonentlərin sayı 2 027 995-ə çatıb.

Qeyd edək ki, bu ilin fevralın 1-nə olan məlumata görə qeyri-əhali sektoru üzrə 416 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR