Dəməşqdə şiə dindarları daşıyan avtobuslar partladılıb, 40 nəfər ölüb

Dəməşqdə şiə dindarları daşıyan avtobuslar partladılıb, 40 nəfər ölüb
# 11 mart 2017 13:59 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşq şəhərində dindarları daşıyan avtobuslarda partlayış törədilib.

APA-nın “Haberturk”-ə istinadən verdiyi xəbərə görə, iki partlayış nəticəsində azı 40 nəfərin öldüyü, 120-ə yaxın insanın yaralandığı bildirilir. Hadisə Dəməşqin Bab Musələ bölgəsində yerləşən Bab-əs Səqir məzarlığı yaxınlığında törədilib.

İçərisində dindarların olduğu avtobuslar məzarlığın yanından keçərkən yolun kənarında quraşdırılan partlayıcı qurğular işə düşüb. Ölənlərin böyük əksəriyyəti şiə təriqətinə mənsub İraq vətəndaşıdır. Bab-əs Səqir məzarlığında Kərbəla döyüşündə iştirak edənlərin qalıqları basdırıldığından bu məkan şiə müsəlmanların ziyarətgah yeri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR