Yaponiya Kim Çen Namın əl izlərini Malayziyaya göndərib

Yaponiya Kim Çen Namın əl izlərini Malayziyaya göndərib
# 13 mart 2017 01:13 (UTC +04:00)

Yaponiya polisi ötən ay Kuala-Lumpur hava limanında öldürülən Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın əl izlərini malayziyalı həmkarlarına göndərib.

APA-nın Kyodo agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiya hüquq-mühafizə orqanları Kim Çen Namın əl izlərini 2001-ci ildə götürüb. O zaman saxta sənədlərlə Yaponiya ərazisinə daxil olmağa cəhd edən Kim Çen Nam ölkədən deportasiya olunub.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.

Rəsmi Pxenyan hava limanında üzərində Kim Çxolun adına şəxsiyyət vəsiqəsi olan KXDR vətəndaşının ürək tutmasından öldüyünü iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR