“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 13 mart 2017 11:05 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Bazar ertəsi EUR/USD məzənnəsi 1.0700$-a kimi bahalaşıb. Lakin qiymətin cari həftə ərzində yenidən 1.0570$ və 1.0491$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Nəzərə almaq lazımdır ki, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 19:00-da, dünya birjalarında böyük maraqla gözlənilən Amerika Mərkəzi Bankının (FED) faiz qərarı açıqlanacaqdır və maliyyə bazarlarında faiz artımı gözləntiləri yüksəkdir.

GBP

Keçən həftə ərzində maliyyə bazarlarında FED-in faiz artımı gözləntiləri və Böyük Britaniyanın Avropa Birliyindən ayrılması prosesi ilə bağlı xəbərlər, GBP/USD məzənnəsininin 1.2133$-a kimi ucuzlaşmasına təsir edib. Beləliklə, funt sterlinqin qiyməti 1.2133$-ın altında qalarsa, 1.1988$-a kimi də ucuzlaşa bilər.

TRY

Türkiyədə isə USD/TRY məzənnəsi cümə günü 3.73TL-ə ticarət edilib və maliyyə bazarlarında Türk lirəsinin 3.67 və 3.65TL-ə kimi bahalaşa biləcəyi proqnozları öz aktuallığını qorumaqdadır. Türkiyədə inflyasiyanın artmasından sonra maliyyə siyasətinin daha da sərtləşdirilməsi gözləntiləri yenidən artıb və cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankının monetar siyasəti ilə bağlı qərarı açıqlanacaqdır.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə Amerikada neft ehtiyatlarının gözləntilərdən çox artması xəbərindən sonra 51$-a kimi ucuzlaşıb. Lakin bu həftə qiymətin yenidən 53$ və 54$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

GOLD

Əlvan metallar bazarında isə qızıl qiyməti keçən həftə 1195$-a (38.3 $/qram) kimi ucuzlaşdıqdan sonra artıq bahalaşmağa başlayıb və 1221$ (39.2 $/qram), 1230$-a (39.5 $/qram) kimi də bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_____________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR