AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır

AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır
# 13 mart 2017 13:55 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə aviareyslərin sayın artırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda bildirilir.

Qurum bildirir ki, artıq AZAL müvafiq razılığı əldə edib.

Aviareyslər "Airbus A319" markalı təyyarə ilə yerinə yetiriləcək.

Hazırda AZAL qeyd edilən marşrut üzrə həftədə 7 dəfə uçur.

AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski isə "APA-Economics"ə bildirib ki, martın 26 etibarən uçuşlar yay qrafikinə əsasən yerinə yetiriləcək. Beləliklə, martın son bazar günündən etibarən bu marşrut üzrə həftə ərzində yerinə yetirilən aviareyslərin sayı 8-ə çatdırılacaq. Mayın 2-dən isə reyslərin sayı 9-dək, mayın 4-dən isə 10-dək artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR