Marius Vizer: “Böyük Dəbilqə” uğurlu alındı

Marius Vizer: “Böyük Dəbilqə” uğurlu alındı
# 13 mart 2017 13:41 (UTC +04:00)

“Bakıda keçirilən “Böyük Dəbilqə” uğurlu alındı. Bu münasibətlə Azərbaycan Cüdo Federasiyasını təbrik edirəm. Gözəl təşkilatçılıq üçün onlara minnətdaram”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer deyib.

Bakıda keçirilən “Böyük Dəbilqə” turniri “Yaxt klub”da təşkil olunan banketlə yekunlaşıb. Burda supervayzerlər – Florin Daniel, Aleksander Yatskeviç və Niel Adamsa fəxri hakim sertifikatı verilib.

Onlara uğurlar arzulayan Vizer Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib. O gələn il Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatının da yüksək səviyyədə təşkilinə inam ifadə edib: “Dostluq, qonaqpərvərlik və səxavətə görə Azərbaycana təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan “Böyük Dəbilqə”də 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR