Latviya prezidenti: "Dağlıq Qarabağda qondarma referendumun nəticələrini tanımırıq"

Latviya prezidenti: "Dağlıq Qarabağda qondarma referendumun nəticələrini tanımırıq"
# 13 mart 2017 14:39 (UTC +04:00)

"Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ancaq sülh yolu ilə həll olunmasının tərəfdarıdır".

Bu barədə APA-ya müsahibəsində Latviya prezidenti Raymonds Veyonis deyib.

R. Veyonis ölkəsinin Dağlıq Qarabağda keçirilmiş qondarma referendumun nəticələrini tanımadığını bildirib: “Fevralın 20-də Dağlıq Qarabağda qondarma Konstitusiya referendumunun keçirilməsi barədə Latviyanın xəbəri var. Latviya onun nəticələrini tanımır və bildirir ki, bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və sülh yolu ilə uzunmüddətli həllə istiqamətlənmiş sülh danışıqlarına təsir edə bilməz".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR