Azərbaycan prezidenti “Total” şirkətinin rəhbəri ilə görüşüb

 Azərbaycan prezidenti “Total” şirkətinin rəhbəri ilə görüşüb
# 13 mart 2017 16:05 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

APA-nın xəbərinə görə, P. Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR