Kabildə partlayış törədilib, ölən və yaralananlar var

Kabildə partlayış törədilib, ölən və yaralananlar var
# 13 mart 2017 17:55 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 1 nəfər ölüb, 19-u yaralanıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Polis hadisə ilə əlaqədar 3 nəfəri saxlayıb.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ilin əvvəlindən Əfqanıstanda 14 terror aktı törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR