KXDR-ın BMT-dəki daimi nümayəndəsi: “Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib”

KXDR-ın BMT-dəki daimi nümayəndəsi: “Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib”
# 13 mart 2017 18:48 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.

Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək, nəyin bahasına olursa-olsun KXDR-ə qarşı nüvə müharibəsi başlamaqdır.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR