Trampla Merkelin ilk görüşü təxirə salınıb - YENİLƏNİB

Trampla Merkelin ilk görüşü təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2017 19:36 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş Vaşinqtonda gözlənilən şiddətli qarla əlaqədar təxirə salınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.

“Prezident Tramp Almaniya kansleri ilə telefon danışığı aparıb. Tərəflər qeyri-sabit hava şəraiti əlaqədar görüşün cümə günü, martın 17-ə keçirilməsi barədə razılığa gəliblər. Danışıqların gündəliyi dəyişməz qalıb”, deyə Ş.Spayser bildirib.

Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olmalı idi.

***

22:09

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş təxirə salına bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu, Vaşinqtona yaxınlaşan şiddətli qar proqnozu ilə əlaqədardır.

Bu barədə jurnalistlərə məlumat verən Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, hazırda Almaniya tərəfi ilə müvafiq danışıqlar aparılır: “Biz Angela Merkelin səfəri ilə bağlı Almaniya rəsmiləri ilə daim ünsiyyətdəyik. Səfərlə bağlı əlavə məlumat gün ərzində veriləcək”.

Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR