Rusiyada kombayn təcili yardım maşını ilə toqquşub, xəsarət alanlar var

Rusiyada kombayn təcili yardım maşını ilə toqquşub, xəsarət alanlar var
# 13 mart 2017 20:15 (UTC +04:00)

Rusiyanın Stavropol vilayətində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, kombayn və təcili yardım maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Budyonnovsk rayonunun xəstəxanasına çatdırılıblar. Onların vəziyyətləri barədə məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR