Bakıda Omsk vilayətinin şirkətləri ilə işgüzar görüş keçiriləcək

 Bakıda Omsk vilayətinin şirkətləri ilə işgüzar görüş keçiriləcək
# 14 mart 2017 06:20 (UTC +04:00)

Gələn ay Bakıda Rusiyanın Omsk vilayətinin şirkətləri ilə işgüzar görüş keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, işgüzar görüş aprelin 3-də baş tutacaq.

Omsk şirkətləri ilə işgüzar əlaqələr qurmaq istəyən Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR