İdman yarışlarında manipulyasiya şübhəsi olduğu halda dərhal prokurorluğa məlumat veriləcək

İdman yarışlarında manipulyasiya şübhəsi olduğu halda dərhal prokurorluğa məlumat veriləcək
# 14 mart 2017 06:53 (UTC +04:00)

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.

Dəyişiklik mərc oyunları operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri ilə bağlıdır.

Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR