Rusiyada 2016-cı ildə 2 terror aktının qarşısı alınıb

Rusiyada 2016-cı ildə 2 terror aktının qarşısı alınıb
# 14 mart 2017 11:12 (UTC +04:00)

2016-cı ildə Rusiya ərazisində iki terror aktının qarşısı alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, terror xarakterli 119 və ekstremist yönümlü 110 cinayətin qeydə alındığını söyləyib.

N. Patruşevin qənaətinə əsasən 2017-ci ildə keçiriləcək futbol üzrə Konfederasiya Kubokuna hazırlıq çərçivəsində Cənub Federal Dairəsindəki obyektlərin mühafizəsi zamanı antiterror müdafiə tələblərinin icrası məsələlərinə laqeyd münasibət faktları aşkarlanıb.

N. Patruşev qeyd edib ki, Suriyada vuruşan Rusiya vətəndaşlarının ölkəyə qayıtması ehtimalı da vəziyyəti çətinləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR