“Hoffenhaym”ın baş məşqçisi: “O, Azərbaycanla oyunda yığmaya kömək edə bilər”

“Hoffenhaym”ın baş məşqçisi:  “O, Azərbaycanla oyunda yığmaya kömək edə bilər”
# 14 mart 2017 12:50 (UTC +04:00)

“Vaqnerin Almaniya yığmasına dəvəti bizim üçün sevindirici olar. O, oyunu ilə buna hazır olduğunu göstərir”. Apasport.az saytının məlumatına görə, bunu “Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsmann deyib.

Gənc mütəxəssis komandanın “qol silah”ı Sandro Vaqnerin Bundestimə çağırılmasını istəyib. Bununla bağlı yerli mətbuata danışan Naqelsmann 30 yaşlı forvardı DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla keçiriləcək səfər matçına hazır hesab edir.

Baş məşqçi bu mövsüm Bundesliqada 10 qola imza atan Vaqnerin gündən-günə daha yaxşı forma yığdığını bildirib: “Bundesliqanın XVIII turunda “Leypsiq”lə görüşdə qırmızı vərəqə aldıqdan sonra Sandro Vaqner özünü gec toparladı. İki oyunluq cəzadan sonra yenidən əsas heyətdəki yerini tutdu. Ancaq toparlanması, oyunun ritminə düşməsi vaxt aldı. Artıq əvvəlki Vaqneri izləməyə başlamışıq. “Frayburq”la son tur matçını da əvvəlki görüşdən yaxşı keçirdi. Fikrimcə, hazırkı vəziyyətdə milliyə layiqdi. İngiltərə və Azərbaycanla matçlara çağırılarsa, əminəm ki, komandaya kömək edə bilər. Məncə, o, milli üçün düzgün seçim olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR