Sarkisyanın Medvedevlə görüşü baş tutmayıb

Sarkisyanın Medvedevlə görüşü baş tutmayıb
# 14 mart 2017 13:27 (UTC +04:00)

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşə bilməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səbəb D. Medvedevin qripə yoluxmasıdır.

“Ölkəmizdə epidemioloji vəziyyət sanki enməyə doğru gedir, amma hələ də ciddidir. Dmitri Anatoliyeviçi qoruya bilmədik”, - deyə Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə keçirdiyi görüş zamanı deyib.

Qeyd edək ki, Rusiyanın beş regionunda qriplə bağlı epidemioloji vəziyyət kəskin olaraq qalır. Bunlar Vladimirsk, Kemerovo, İvanovsk, Novosibirsk vilayətləri və Yakutiyadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR