Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
# 14 mart 2017 14:44 (UTC +04:00)

Martın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə nazirliyindən APA-ya bildirilib ki, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, bölgə üçün vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Tərəflər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR