Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb
# 14 mart 2017 15:31 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 1 732 ədəd qəlpə, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, nəticə etibarilə 28 250 kv.m ərazi (4 430 kv.m əllə, 16 300 kv.m mexaniki üsulla, 7 520 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR