Kanadada neftayırma zavodu yanır

Kanadada neftayırma zavodu yanır
# 15 mart 2017 03:31 (UTC +04:00)

Kanadanın Alberta əyalətinin Mak-Mürrey şəhəri yaxınlığında “Syncrude” şirkətinin neftayırma zavodunda yanğın baş verib.

APA-nın CBC telekanalına istinadən verdiyi xəbərə görə, zavodun personalı müəssisədən təxliyə edilib. Zavodun bütün giriş-çıxışları nəzarətə götürülüb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR