İƏT Parlament Birliyinin baş katibi: “Azərbaycanın igid övladları heç vaxt ifrat düşüncələrə boyun əyməyib”

İƏT Parlament Birliyinin baş katibi: “Azərbaycanın igid övladları heç vaxt ifrat düşüncələrə boyun əyməyib”
# 15 mart 2017 09:12 (UTC +04:00)

“Terrorizm və ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi labüddür”.

APA-nın məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin baş katibi Mahmud Erol Kılıç Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransında çıxışı zamanı deyib. O bildirib ki, orta əsrlərdən islam mədəniyyəti mənsubları olan alimlər, ariflər, filosoflar insanlara vəhdət çağırışı ediblər: “Bu alimlərin çoxu Azərbaycan torpaqlarında böyümüş Füzuli, Nizami, Nəsimi kimi Azərbaycan alimləridir. Onlar tək Azərbaycana deyil, bütün insanlığa işıq tutmuş mütəffəkkirlərdir. Bu alimlərin anladığı islamdan uzaq düşülüb. Azərbaycanın igid övladları heç zaman ifrat düşüncələrə boyun əyməyib. Biz ənənəvi islam anlayışının bütün islam dünyasına yenidən sirayət etməsini arzu edirik. Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyirik. Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarının tez zamanda işğaldan azad olunmasını arzu edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR