Tiflisdə “Şəhriyar gecəsi” keçirilib

Tiflisdə “Şəhriyar gecəsi” keçirilib
# 15 mart 2017 09:38 (UTC +04:00)

Tiflisdə İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin Mədəniyyət Mərkəzinin və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin İranşünaslıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetdə Güney Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Məmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr olunan “Şəhriyar gecəsi” keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə İranın Gürcüstana təyin olunan yeni səfiri Seyid Cavad Şəhidi, səfirliyin Mədəniyyət Mərkəzinin rəhbəri Müctəba Kamranfərd, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və Gürcüstanın İranşünas alimləri, həmçinin fars dilini öyrənən gürcü və azərbaycanlı tələbələr çıxış edərək görkəmli şairin həyat və yaradıcılığı və “Şəhriyarın fars ədəbiyyatında rolu” haqqında fikirlərini bildirib, şairin qələmə aldığı şeir nümunələrinin gürcü dilinə tərcümə olunmasından danışıblar.

Tədbirdə tələbələr görkəmli şairin gürcü və Azərbaycan dilinə tərcümə olunan şeirlərini söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR