Gürcü professor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Gürcü professor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
# 15 mart 2017 10:02 (UTC +04:00)

Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması haqqında bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

”Hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə doğru yolu hər iki dövlətin ərazi bütövlüyü və suverenliyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə alaraq, sülh yolu ilə həllidir. Eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsinin vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram.

Müasir dövrdə nəticəsi iki xalqın bir birinə təsəvvürü yalnız müharibə kontekstində formalaşması olan münaqişənin mövcudluğundan təəssüflənirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəkləyirəm. Yuxarıda göstərilən səbəblərə görə, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR