NATO və ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçiriblər

NATO və ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçiriblər
# 15 mart 2017 13:54 (UTC +04:00)

Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə “Strategiya və qüvvə planlaşdırılması” və “Əməliyyatların hazırlanması və planlaşdırılması” mövzularında seminarlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarlarda akademiyanın “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” kursunun professor-müəllim heyəti və dinləyiciləri ilə ekspert qrupu arasında milli təhlükəsizlik strategiyaları və qüvvələrin planlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb.

Mövzulara dair mühazirələr dinlənilib.

Akademiyanın rəisi, general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə keçirilən seminarlarda bu ali hərbi təhsil ocağında və ABŞ Silahlı Qüvvələrinin Qərargah Kollecində əməliyyatların hazırlanması sahəsində brifinqlər təqdim olunub.

Sonda NATO/ABŞ ekspert qrupu ilə DEEP çərçivəsində bu günədək görülən işlər və gələcək planlar müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR