Dəməşqdə bu gün ikinci partlayış törədilib

Dəməşqdə bu gün ikinci partlayış törədilib
# 15 mart 2017 14:33 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşqdə bu gün ərzində ikinci partlayış törədilib.

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti” Suriyanın SANA dövlət xəbər agentliyinə istinadən məlumat yayıb.

Terrorçu-kamikadze özünü Dəməşqin şimal-qərbindəki Ər-Rəbva rayonunda partladıb.

Məlumata görə, bu gün Ədliyyə sarayında törədilən ilk partlayışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları üç terrorçunu təqib edib. Onlardan biri Ər-Rəbva rayonunda restoranlardan birinə daxil olarkən partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsinə ölən və yaralananlar var.

Qeyd edək ki, Dəməşqin Ədliyyə sarayında törədilən partlayış nəticəsində 31 nəfər həlak olub, 60 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR