Zaza Vaşakmadze: “Müsəlman icmalarının iştirakı ilə müzakirə etdiyimiz vacib məsələlərin həllinə çalışacağıq”

Zaza Vaşakmadze: “Müsəlman icmalarının iştirakı ilə müzakirə etdiyimiz vacib məsələlərin həllinə çalışacağıq”
# 15 mart 2017 15:10 (UTC +04:00)

“Dövlət ölkədə sayca ikinci olan dinin mənsubları - müsəlman vətəndaşlarına diqqət və qayğısını bundan sonra daha da artıracaq. Biz müsəlman icmalarının iştirakı ilə müzakirə etdiyimiz vacib məsələlərin həllinə çalışacağıq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze bir qrup dindarla görüşündə deyib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov görüşdə çıxış edərək dini məsələlərin həlli ilə bağlı fikirlərini bildirib, təklif və rəylərini söyləyib.

Z. Vaşakmadze son illər ölkədə din sahəsində müsbət işlər görüldüyünü bildirib: “Gürcüstanda müxtəlif dini icmaların öz dinlərini azad və daha rahat, tolerantlıq şəraitində yaşatmaları üçün istənilən şərait yaradılıb. Dövlət müsəlman vətəndaşlarına diqqət və qayğısını bundan sonra daha da artıracaq”.

Z. Vaşakmadze qısa müddətdə çox işlər görülsə də, həllini tapmamış müəyyən problemlərin olduğunu da vurğulayıb: “Biz müsəlman icmalarının iştirakı ilə müzakirə etdiyimiz vacib məsələlərin tez bir zamanda həll olunması istiqamətində calışacağıq. Bu, bizim vəzifəmizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR