Elmar Məmmədyarov Litvaya səfər edəcək

Elmar Məmmədyarov Litvaya səfər edəcək
# 15 mart 2017 17:01 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin sonunda Litvaya səfər edəcək.

Bu barədə APA-ya Litva Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşgüzar səfər Litva xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq.

Vilnüsdə keçiriləcək görüş zamanı Azərbaycanla Litva arasında əlaqələrin genişləndirilməsi də daxil olmaqla, müxtəlif məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR