Bakıda bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxsin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakıda bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxsin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 15 mart 2017 18:45 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində tanışı bıçaqlamaqda, onun qardaşını isə öldürməkdə təqsirləndirilən Fidani İsmayılovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində o, cəzasının azaldılmasını istəyib.

Hadisə ötən il avqustun 21-də Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini F.İsmayılov münaqişə zəminində ona və qadının qardaşı Anar Məmmədova bıçaqla xəsarət yetirib. Daha sonra F.İsmayılov hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR