Almaniyalı nazirə bomba göndərilib

Almaniyalı nazirə bomba göndərilib
# 15 mart 2017 21:34 (UTC +04:00)

Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, V. Şoybleyə ünvanlanan şübhəli bağlamanı nazirliyin ekspeditor xidmətinin əməkdaşları aşkarlayıb.

Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükə kəsb etdiyini təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR