Tramp: “Hakim vəzifə səlahiyyətlərini aşıb”

Tramp: “Hakim vəzifə səlahiyyətlərini aşıb”
# 16 mart 2017 01:52 (UTC +04:00)

Havay ştatı məhkəməsinin hakimi vəzifə səlahiyyətlərini aşıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp hakim Derrik Uotsonun çıxardığı qərarı şərh edərkən söyləyib.

“Çox acınacaqlı xəbərdir. Havay ştatı məhkəməsinin hakimi vəzifə səlahiyyətlərini görünməmiş səviyyədə aşıb. Bu çox pis qərardır və təqdirəlayiq deyil. Mübarizəmiz davam edəcək. Xalqımızın təhlükəsizliyi naminə biz bu yolu axıradək, Ali Məhkəməyədək getmək niyyətindəyik”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, bu gün ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR