ABŞ-da həbsxanada qiyam baş verib

ABŞ-da həbsxanada qiyam baş verib
# 16 mart 2017 03:16 (UTC +04:00)

ABŞ-da həbsxanada qiyam baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Syuzanvill şəhərində (Kaliforniya ştatı) qeydə alınıb.

İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb. Məlumata görə, həbsxananın yeməkxanasında dustaqlardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhkum digər həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis və nəzarətçilər qiyamçılara qarşı bibər qazından istifadə etməyə məcbur olub. Qiyam polislər tərəfindən yatırılıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR