ABŞ Ukraynada islahatların aparılmasına 54 milyon dollar ayırıb.
APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, müvafiq hökumətlərarası müqaviləni Ukrayna baş nazirinin müavini Stepan Kubiv və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi missiyasının rəhbəri Syüzen Frits imzalayıb.
S.Kubivin sözlərinə görə, maliyyə vəsaiti ilk növbədə korrupsiya ilə mübarizə, demokratiyanın inkişafı və enerji sahəsinə yönələcək.
Xatırladaq ki, ABŞ-ın müdafiə büdcəsinin 2017-ci il üçün layihəsində Ukrayna silahlı qüvvələrinə dəstək məqsədi ilə 150 milyon dolların ayrılması nəzərdə tutulur. Bu məbləğ ölkənin hərbi büdcəsinə Konqresin aşağı palatası olan Nümayəndələr Palatası tərəfindən əlavə olunub.