AFFA 2 klubu çempionatdan kənarlaşdırıb

AFFA 2 klubu çempionatdan kənarlaşdırıb
# 16 mart 2017 08:45 (UTC +04:00)

AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub.

İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib.

9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)

İqrar Səmədov

Uce Cukenyere

“Rəvan” (Bakı)

Elvin Əliyev

Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)

Arzuman Vəliyev

Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)

Elvin Əlizadə

Kamran Lalayev

Ruslan Həmidov

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I diviziondan kənarlaşdırılıb. Hər iki klub I divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq.

Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.

“Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR