Nazir: “İki ticarət festivalının keçirilməsi 50 milyona yaxın gəlir gətirə bilər”

Nazir: “İki ticarət festivalının keçirilməsi 50 milyona yaxın gəlir gətirə bilər”
# 16 mart 2017 09:16 (UTC +04:00)

”Ticarət festivalının xərclərini Mədəniyyət və Turizm Nazirliyi çəkir. Gəlirlər isə nazirliyə gəlməyəcək”.


APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, hesablamalara əsasən iki ticarət festivalının keçirilməsi Azərbaycan büdcəsinə 50 milyon manata qədər əlavə vəsait gətirmək iqtidarındadır: “Ümumi xərclər isə bu günə kimi 500 min manatı keçməyib. Əsas xərclər reklama, loqolara xərclənib. Rusiya bazarında, ərəb ölkələrində, ölkəmizdə media bazarında təbliğat işləri getməlidir. Sözsüz ki, bunlar hamısı pulsuz deyil. Rəqəmlər münasibdir. Bir milyon xərcləyib, büdcəyə 50 milyon daxil edə biliriksə, deməli, bu işi görməyə dəyər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR