Qızını öldürən şəxsin məhkəməsi başlayıb

Qızını öldürən şəxsin məhkəməsi başlayıb
# 16 mart 2017 10:26 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR