Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir”

Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir”
# 16 mart 2017 10:50 (UTC +04:00)

“Təbii qazın diversifikasiyası enerji təhlükəsizliyinin əsas amilidir. Çox yaxın keçmişdə biz gördük ki, qazın paylanması ədalətli deyil. Bu, siyasətin bir hissəsi idi".

APA-nın xəbərinə görə, bunu V Qlobal Bakı Forumunda iştirak edən Albaniya prezidenti Buyar Nişani deyib. O qeyd edib ki, qaz enerjinin son dərəcə vacib hissəsidir: “Cənub Qaz Dəhlizi qaz resurslarının diversifikasiyası baxımından tək xəttin keçdiyi ölkələrin deyil, diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir. Diversifikasiya təhlükəsizliyi təmin edir. Bu isə rifaha yol açır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR