İordaniya Senatının sədri: "Hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir"

İordaniya Senatının sədri: "Hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir"
# 16 mart 2017 10:52 (UTC +04:00)

"Suriyada, İraqda, Orta Şərqdə və digər yerlərdə davam edən münaqişələr var. Bu münaqişələrin sülh yolu ilə həllini tapmaq və daha yaxşı dünya qurmaq çox vacibdir".

APA-nın məlumatına görə, bunu V Qlobal Bakı Forumunda iştirak edən İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal el Fayez deyib.

Senatın sədri Orta Şərqdə gedən münaqişələrin bütün dünyaya təsir etdiyini vurğulayıb: "Biz BMT-nin qətnamələrini dəstəkləyirik və hesab edirik ki, bütün münaqişələrin həlli üçün beynəlxalq iradə lazımdır. Azərbaycanın bir hissəsi işğal olunub. Düşünürəm ki, hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir".

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR