Ucarda birinci qrup əlilin evi uçub

Ucarda birinci qrup əlilin evi uçub
# 16 mart 2017 11:25 (UTC +04:00)

Ucar rayonunda birinci qrup əlilin evi uçub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Lək kəndində baş verib. Kənd sakini hər iki ayağını itirmiş ruhi xəstə, 1968-ci il təvəllüdlü Mikayıl Abıl oğlu Əhmədova məxsus bir mərtəbəli, iki otaqdan ibarət evin arxa divarı uçub.

Zərərçəkənin oğlu Elçin Əhmədov evin qəzalı vəziyyətdə olduğunu görüb son zamanlar baba evinə köçdüklərini deyib. Bu səbəbdən də hadisə zamanı xəsarət alan olmayıb.

Rayon İcra Hakimiyyətinin Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfqan Rəhimov hadisə yerinə baxış keçirib, məsələ ilə bağlı İH-nə məlumat verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR