Veyonis: ”Münaqişələr həll edilməlidir ki, ölkələrin ərazi bütövlüyü bərpa olunsun”

Veyonis: ”Münaqişələr həll edilməlidir ki, ölkələrin ərazi bütövlüyü bərpa olunsun”
# 16 mart 2017 11:46 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Biz təbii ki, bunun sülh və danışıqlar yolu ilə həllini istəyirik”.

APA-nın xəbərinə görə, bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Latviya prezidenti Raymonds Veyonis deyib. O bildirib ki, Latviya Azərbaycanı hər zaman dəstəkləyib: “Biz hər zaman müxtəlif formatlarda münaqişənin həll edilməli olduğunu qeyd etmişik. Bu, tək Qarabağa aid deyil. Ukrayna, Dnestryanı kimi münaqişələr də var. Hesab edirik ki, bu münaqişələr həll edilməlidir ki, ölkələrin ərazi bütövlüyü bərpa olunsun. Bu beynəlxalq prinsipə hər zaman əməl olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR