Monteneqro prezidenti: "Cənub Qaz Dəhlizi layihəsinin tezliklə reallaşdırılmasında maraqlıyıq"

Monteneqro prezidenti: "Cənub Qaz Dəhlizi layihəsinin tezliklə reallaşdırılmasında maraqlıyıq"
# 16 mart 2017 12:18 (UTC +04:00)

"Azərbaycan və Monteneqro arasında biznes sahəsində münasibətlərin daha da genişləndirilməsini arzu edirik".

APA-nın xəbərinə görə, bunu V Beynəlxalq Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç deyib.

Prezident qeyd edib ki, Azərbaycan və Montoneqro arasında dost münasibətləri mövcuddur. O bildirib ki, iki ölkə arasında çoxlu sayda birgə layihələr var: "Biz iqtisadi münasibətlərimizi daha da genişləndirə, ikitərəfli investisiyaları artıra bilərik. Azərbaycanla münasibətlərimizin daha da möhkəmləndirilməsinin arzusundayıq. Monteneqro Cənub Qaz Dəhlizi layihəsinin tezliklə reallaşdırılmasında maraqlıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR