Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 16 mart 2017 12:54 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "NAZ Lifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR