Mərkəzi Bank: FED-in qərarının manata təsiri ilə bağlı adekvat tədbirlər görüləcək - EKSKLÜZİV

Mərkəzi Bank: FED-in qərarının manata təsiri ilə bağlı adekvat tədbirlər görüləcək - <span style="color: red;">EKSKLÜZİV
# 16 mart 2017 13:20 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) uçot dərəcəsi ilə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Tənzimləyicidən bildirilib ki, o cümlədən bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur: "Əgər bu qərar müəyyən vaxtdan sonra neftin qiymətinin dəyişməsinə səbəb olarsa, o zaman bu amil ölkənin tədiyə balansına təsir göstərə bilər".

"Azərbaycan tipli ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək. ABŞ Federal Ehtiyat Sisteminin qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər hələ ki özünü doğrultmur. Bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur. Lakin buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır", - deyə AMB-nin açıqlamasında qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR