Fransada məktəbdə baş verən atışma nəticəsində yaralananların sayı artıb - YENİLƏNİB

Fransada məktəbdə baş verən atışma nəticəsində yaralananların sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2017 16:42 (UTC +04:00)

Fransanın Qras şəhərində məktəbdə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 8-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı “rosbalt.ru” Fransa DİN-ə istinadən yayıb.

Yaralanlardan biri məktəb direktorudur. Hadisəni törədən 17 yaşlı gəncin iki tapança, ov bıçağı və iki təlim qumbarası ilə silahlandığı bildirilir. Yerli KİV-in məlumatına görə, onun hədəfi məktəb direktoru olub.

Artıq həmin şəxs saxlanılıb, onunla əlbir ola biləcək şəxs axtarılır.

*** 17.36

Fransanın Qras şəhər məktəbindəki baş verən silahlı insident nəticəsində ən az iki nəfər yaralanıb.

APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, hadisənin terror aktı olmadığı, şəxsi münaqişə zəminində törədildiyi müəyyənləşib. İlkin xəbərə əsasən, 17 yaşlı oğlan litseyin direktoruna atəş açıb. Nəticədə direktor və daha bir nəfər yaralanıb.

Hadisəni törədən gəncin iki tapança, ov bıçağı və iki təlim qumbarası ilə silahlandığı bildirilir. O, saxlanılıb.

***

16:29

Fransanın Qras şəhərində litseydə atışma olub.

APA-nın "Frans Press"-ə istinadən verdiyi məlumata görə, atışma nəticəsində yaralananların olduğu bildirilir.

İnsidentdən sonra hökumət terror təhlükəsi haqqında xəbərdarlıq elan edib.

Yerli telekanalların məlumatına görə, bir şübhəli şəxs tutulub. Hadisə yerində xüsusi təyinatlılar işləyir.

İnsidentdən sonra hokumət terror təhlükəsi haqqında xəbərdarlıq elan edib.

Yerli telekanalların məlumatına görə, bir şübhəli şəxs tutulub. Hadisə yerində xüsusi təyinatlılar işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR