Prezident alban həmkarını qəbul edib - YENİLƏNİB

Prezident alban həmkarını qəbul edib  - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2017 14:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Albaniya prezidenti Buyar Nişani ilə görüşüb.

APA-nın məlumatına görə, Albaniya prezidenti Buyar Nişani V Qlobal Bakı Forumuna dəvətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib, dövlət başçısı ilə görüşməkdən məmnunluq hissi keçirdiyini deyib.

Prezident Buyar Nişani Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Albaniya prezidenti Buyar Nişani prezident İlham Əliyev ilə görüşünün münasibətlərimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Albaniya prezidentinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən prezident İlham Əliyev bu forumun müzakirələrin aparılması baxımından vacib beynəlxalq tədbir olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və yaxşı perspektivləri olduğunu deyib. Hər iki ölkənin enerji sektorunda yaxşı tərəfdaşlar olduğunu qeyd edən prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında albaniyalı nazirin iştirakının önəmini vurğulayıb.

Dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin çox uğurla həyata keçirildiyini bildirib. Azərbaycan ilə Albaniyanın siyasi əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyən prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı dəstəyin və beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlığın olduğunu qeyd edib, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan ilə Albaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirən dövlət başçısı bunun ölkələrimizin qarşısında duran əsas məqsədlərdən biri olduğunu deyib.

*** 16.52

Prezident İlham Əliyev Albaniya Respublikasının prezidenti Buyar Nişani ilə görüşüb.

APA-nın xəbərinə görə, B. Nişani V Qlobal Bakı Forumu ilə əlaqədar Azərbaycanda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR