İlham Əliyev: “Azərbaycan-Makedoniya idxal-ixrac və sərmayə imkanları araşdırılmalıdır” - YENİLƏNİB

İlham Əliyev: “Azərbaycan-Makedoniya idxal-ixrac və sərmayə imkanları araşdırılmalıdır” - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2017 15:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev makedoniyalı həmkarı Georgi İvanovla görüşüb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Makedoniya prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib.

Dövlət başçısı Makedoniya prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd edib. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun artıq çox əhəmiyyətli tədbirə çevrildiyini və burada dünyada gedən siyasi proseslərin müzakirə edildiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq ölkələrimizin iqtisadi, o cümlədən idxal-ixrac və sərmayə imkanlarının araşdırılmasının vacibliyini qeyd edib.

Makedoniya prezidenti G. İvanov V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb. G. İvanov Azərbaycan ilə Makedoniya arasında siyasi münasibətlərin əla səviyyədə olduğunu qeyd edərək iqtisadi sahədə əlaqələri gücləndirməyin zəruriliyini bildirib.

*** 16.59

Azərbaycan prezidenti İlham Əliyevin Makedoniya prezidenti George İvanov ilə görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR